Xarici ticarət əlaqələri haqqında

11.08.2016

2016-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 154 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10325,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6278,7 milyon dollar, idxalın dəyəri 4047,2 milyon dollar təşkil etmiş, nəticədə 2231,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Ticarət dövriyyəsinin 41,9 faizi Avropa İttifaqı ölkələri, 12,6 faizi MDB üzvü dövlətləri, 45,5 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür. İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil etmişdir.

Tel: 538-77-25