Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-iyul aylarında əhalinin gəlirləri
2016-cı ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5 faiz artaraq 25682,7 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 2670,9 manat və ya ayda orta hesabla 381,6 manat təşkil etmişdir. Gəlirlərin 77,0 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 11,2 faizi isə yığıma yönəldilmişdir. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 23349,9 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 2428,3 manat vəsait qalmışdır.