Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-avqust aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-avqust aylarında 20,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3 faiz, o cümlədən neft hasilatı 1,1 faiz artmış, əmtəəlik qaz hasilatı isə 0,8 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 4,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 20,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,8 faiz, kağız və karton istehsalı 6,6 faiz, poliqrafiya məhsullarının istehsalı 21,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,9 faiz, hazır metal məmulatlarının istehsalı 17,2 faiz, kompyuter və elektron məhsullarının istehsalı 14,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 25,6 faiz, mebel istehsalı 12,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 62,0 faiz artmış, içkilərin istehsalı 11,7 faiz, tütün məmulatlarının istehsalı 3,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 75,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 15,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,8 faiz, tikinti materiallarının istehsalı 17,2 faiz, maşın və avadanlıqların istehsalı isə 12,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz artmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz, neft sektorunda isə 0,7 faiz artmışdır.
Əlaqə telefonu: 539-87-17