2016-cı ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı

21.09.2016

2016-cı ilin yanvar-avqust aylarında ölkədə ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azalaraq 38027,8 milyon manat təşkil etmişdir.
Ümumi daxili məhsulun 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4 faiz, sənayedə 2,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,2 faiz artmış, tikintidə 32,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,4 faiz azalmışdır. Tikinti sektorunda istehsalın azalması ümumi daxili məhsulun azalmasına təsir edən əsas amil olmuşdur.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3953,0 manat təşkil etmişdir.

Əlaqə nömrəsi: 5387450