Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri
2016-cı ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin hər nəfərə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 7,4 faiz artaraq 3403,6 manat və ya ayda orta hesabla 378,2 manat təşkil etmişdir.
Bu dövrdə əhali tərəfindən əldə edilmiş 32762,5 milyon manatlıq gəlirin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,6 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29735,4 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3089,1 manat vəsait qalmışdır.
Əlaqə nömrəsi: 538 74 50