2016-cı ilin yanvar-sentyabr aylarında sənaye istehsalı haqqında

18.10.2016

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında 23,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,7 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,3 faiz, əmtəəlik qaz hasilatı isə 1,6 faiz azalmışdır. Emal sektorunda qida məhsullarının istehsalı 4,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 34,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2 faiz, kağız və karton istehsalı 9,2 faiz, poliqrafiya məhsullarının istehsalı 12,7 faiz, hazır metal məmulatlarının istehsalı 18,5 faiz, kompyuter və elektron məhsulların istehsalı 14,9 faiz, elektrik avadanlıqlarının istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 14,0 faiz, mebel istehsalı 16,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 53,6 faiz artmış, içkilərin istehsalı 12,2 faiz, tütün məmulatlarının istehsalı 6,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 68,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 15,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 16,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 1,1 faiz, maşın və avadanlıqların istehsalı isə 10,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz azalmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,6 faiz artmış, neft sektorunda isə 0,2 faiz azalmışdır.

Əlaqə telefonu: 539-87-17