Dövlət Statistika Komitəsinin təmsilçiləri Konyada keçirilən beynəlxalq tədbirlərə qatılıblar

07.11.2016

3-6 noyabr tarixlərində Türkiyənin Konya şəhərində İslam Konfransı Təşkilatına üzv Ölklərin Milli Statistika Təşkilatlarının fəaliyyətinin ekspert qiymətləndirməsi və Statistika Komissiyasının 6-cı sessiyası keçirilib. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının rəhbəri Cabbar Musayev və Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak  ediblər. Milli statistika sistemlərinin monitorinq və qiymətlərndirmə müxanizmləri, maliyyə xidmətləri üzrə məlumat bazasının işlənib hazırlanması, üzv ölkələrin milli statistika sistemlərinin ekspertlər tərəfindən qiymətləndirilməsi, 2015-ci ildən sonkrakı inkişaf gündəliyinin iqtisadi sektora təsiri, dayanıqlı inkişaf məqsədləri göstəricilərinin yerinə yetirilməsində milli statistika sistemlərinin rolu və bu sahədə potensialın gücləndirilməsi məsələləri müzakirə edilib. Dövlət Statistika Komitəsinin nümayəndələri dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında  milli statistika sistemlərinin roluna dair müzakirələrdə fəal iştirak ediblər, təqdimatla çıxış edərək ölkə təcrübəsini bölüşüblər.

07.11.2016