2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

15.11.2016


2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 49223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalması olmuşdur. Əlavə dəyərin 37,6 faizi sənayedə, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,4 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 5111,6 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 65,8 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,8 faiz, əmtəəlik qaz hasilatı isə 5,0 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 3,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 35,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,6 faiz, kağız və karton istehsalı 8,8 faiz, poliqrafiya məhsullarının istehsalı 4,2 faiz, hazır metal məmulatlarının istehsalı 18,8 faiz, kompüter və elektron məhsulların istehsalı 14,5 faiz, elektrik avadanlıqlarının istehsalı 2,7 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,1 faiz, mebel istehsalı 17,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,9 faiz artmış, içkilərin istehsalı 13,6 faiz, tütün məmulatlarının istehsalı 16,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 63,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 14,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 faiz, maşın və avadanlıqların istehsalı isə 11,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8 faiz azalmışdır.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artmış, neft sektorunda isə 0,7 faiz azalmışdır.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 noyabr 2016-cı il vəziyyətinə 375,1 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 995,1 min hektar əkin sahəsindən 3052,0 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,2 min ton çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil etmişdir.
Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 880,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,5 min ton çox kartof, 1205,6 min ton (28,4 min ton az) tərəvəz, 464,5 min ton (19,1 min ton az) bostan məhsulları, 690,9 min ton (23,9 min ton az) meyvə və giləmeyvə, 124,7 min ton (17,6 min ton az) üzüm, 984,5 ton (426,6 ton çox) yaşıl çay yarpağı, 115,0 min ton (25,7 min ton az) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3406,0 ton (67,3 ton çox) tütün yarpağı yığılmışdır.
Oktyabr ayının 31-nə sahələrdən 44,1 min ton (17,0 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilmişdir.
2016-cı ilin yanvar-oktyabr aylarında 391,8 min ton, yaxud əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1673,2 min ton (2,9 faiz çox) süd, 1345,6 milyon ədəd (4,3 faiz çox) yumurta, 16,9 min ton (1,0 faiz çox) yun istehsal olunmuşdur.
2015-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artmışdır.
Gələn ilin məhsulu üçün 690,1 min hektar sahədə şum qaldırılmış, 206,0 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 110,6 min hektar sahəyə buğda, 95,4 min hektar sahəyə isə arpa səpilmişdir.
2016-cı ilin yanvar-oktyabr aylarında əsas kapitala 11889,2 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 9593,3 milyon manatı və ya 80,7 faizi məhsul istehsalı obyektlərinin, 1807,8 milyon manatı (15,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 488,1 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 1373,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4866,3 milyon manatını və ya 40,9 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 8608,8 milyon manatı və ya 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 182,6 milyon ton yük və 1577,7 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8 faiz azalmış, sərnişin daşınması isə 1,9 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur.
Yüklərin 63,6 faizi avtomobil, 26,9 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 88,5 faizi avtomobil, 11,2 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1302,9 milyon manatlıq xidmətlərin 72,6 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 3,8 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 23870,8 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 6106,4 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 0,3 faiz artmış, ticarət şəbəkəsində 11881,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11989,3 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 12742,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6541,2 milyon dollarını və ya 51,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 6201,5 milyon dollarını (48,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 339,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 11,2 faiz, o cümlədən ixrac 13,9 faiz, idxal isə 7,1 faiz azalmışdır. Ticarət dövriyyəsinin 37,1 faizi Avropa İttifaqı ölkələrinin, 14,9 faizi MDB üzvü ölkələrinin, 48,0 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxalın ümumi dəyərinin 27,9 faizi Avropa İttifaqı ölkələrinin, 23,7 faizi MDB üzvü ölkələrinin, 48,4 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxracın ümumi dəyərinin 45,9 faizi Avropa İttifaqı ölkələrinin, 6,6 faizi MDB üzvü ölkələrinin, 47,5 faizi isə digər ölkələrin hesabına formalaşmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 22,4 faiz azalaraq 844,1 milyon dollar təşkil etmişdir.
2016-cı ilin yanvar-oktyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,4 faiz artmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 490,5 manat təşkil etmişdir.
2016-cı ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 faiz artaraq 36635,8 milyon manata çatmışdır. Gəlirlərin 78,9 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,4 faizi isə yığıma yönəldilmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12103,9 milyon manat vəsait daxil olmuş, büdcədən 12468,2 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 364,3 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,7 faizi səviyyəsində olmuşdur.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin oktyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16785,1 milyon manat təşkil etmiş, onun 13173,7 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il oktyabr ayının 1-i ilə müqayisədə 12,2 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il oktyabr ayının 1-nə 7813,9 milyon manat təşkil etmişdir.
Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,61 manata (ilin əvvəlindən 1,57 manata), 1 Avroya – 1,78 manata (1,75), 100 Rusiya rubluna – 2,57 manata (2,33) bərabər olmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında əhalinin sayı 79,0 min nəfər və ya 0,8 faiz artaraq 2016-cı il oktyabr ayının 1-i vəziyyətinə 9784,6 min nəfərə çatmışdır.

Makroiqtisadi göstəricilər

 

Göstəricilər 2016-cı ilin yanvar-oktyabr ayları, faktiki 2016-cı ilin yanvar-oktyabr ayları 2015-сi ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə Məlumat üçün:
2015-ci ilin yanvar-oktyabr ayları 2014-сü ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul, milyon manat 49 223,4 96,3 103,3
o cümlədən qeyri-neft ÜDM 32 375,4 94,5 105,2
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 5 111,6 95,2 102,1
Sənaye məhsulu, milyon manat 25 998,7 99,8 102,2
o cümlədən qeyri-neft sənayesi 6 832,6 103,4 109,6
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat 11 889,2 73,7 98,1
o cümlədən tikinti-quraşdırma işlərinə 8 608,8 72,6 102,6
Kənd təsərrüfatı məhsulu, milyon manat 4 959,7 101,8 106,7
o cümlədən: bitkiçilik 2 448,3 101,2 110,7
heyvandarlıq 2 511,4 102,5 102,4
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 182,6 99,2 100,5
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 1 577,7 101,9 103,6
İnformasiya və rabitə xidmətləri, milyon manat 1 302,9 103,8 108,1
Pərakəndə ticarət dövriyyəsi, milyon manat 23 870,8 102,1 111,2
Əhaliyə göstərilən ödənişli xidmətlər, milyon manat 6 106,4 100,3 105,8
Dövlət büdcəsinin gəlirləri, milyon manat 12 103,9 87,2 87,9
Dövlət büdcəsinin xərcləri, milyon manat 12 468,2 89,5 100,5
Dövlət büdcəsinin kəsiri, milyon manat 364,3 - -
Əhalinin gəlirləri, milyon manat 36 635,8 108,7 105,7
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 3 804,5 107,5 104,4
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 oktyabr vəziyyətinə, milyon manat 7 813,9 106,9 105,1
Kredit qoyuluşları, 2016-cı il 01 oktyabr vəziyyətinə, milyon manat 16 785,1 87,8 108,4
o cümlədən vaxtı keçmiş kreditlər 1 597,3 118,0 139,1
Orta aylıq əmək haqqı, manat 490,5x) 106,4 xx) 104,4xxx)
İstehlak qiymətlərinin indeksi - 111,6 103,7
Əhalinin sayı, 2016-cı il 01 oktyabr vəziyyətinə, min nəfər 9 784,6 101,1 101,2
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 15 781,3x) 95,3xx) 98,7xxx)
o cümlədən: ixrac 9 579,8x) 96,5xx) 98,3xxx)
idxal 6 201,5x) 92,9xx) 100,3xxx)
Gömrük məlumatı2)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 12 742,7x) 88,8xx) 95,6xxx)
o cümlədən: ixrac 6 541,2x) 86,1xx) 93,8xxx)
ondan qeyri-neft ixracı 844,1x) 77,6xx) 106,0xxx)
idxal 6 201,5x) 92,9xx) 100,3xxx)

 

Qeyd:
x) 2016-cı ilin yanvar-sentyabr ayları.
xx) 2016-cı ilin yanvar- sentyabr ayları 2015-ci ilin yanvar- sentyabr aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə).
xxx) 2015-ci ilin yanvar- sentyabr ayları 2014-cü ilin yanvar- sentyabr aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə nominal ifadədə, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə).
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla.
2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.