Dövlət Statistika Komitəsinin əməkdaşı Cenevrədə keçirilən beynəlxalq tədbirdə

17.11.2016

 

17-18 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının Ekoloji göstəricilərə dair məqsədli işçi qrupunun 12-ci sessiyası keçirilir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.  Sessiyada “Ekoloji informasiyanın birgə sistemi” layihəsi çərçivəsində seçilmiş 18 əsas göstəricinin tətbiqi məsələlərinə baxılacaq. Energetika statistikası üzrə göstəricilərin işlənib hazırlanması sahəsindəki vəziyyət, eləcə də  SEIS-in  (Ekoloji informasiyanın birgə sistemi) yaradılması üçün potensialın artırılması sahəsində beynəlxalq təşkilatların maliyyələşdirmə imkanları və gələcək planlarla bağlı müzakirələr aparılacaq, biomüxtəliflik üzrə statistik məlumat və göstəricilər yenidən nəzərdən keçiriləcək. Sessiyanın qarşısında duran əsas vəzifələrdən biri də, beynəlxalq istifadəçilər üçün mühüm əhəmiyyət kəsb edən məsələ kimi seçilmiş göstəricilərin razılaşdırılmış formatda və ingilis dilində (əlavə olaraq milli dildə) mövcudluğu məsələsinin müzakirə olunmasıdır.