Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı
2016-cı ilin yanvar-noyabr aylarında ölkə rezidentləri tərəfindən 54433,1 milyon manat və ya əhalinin hər nəfərinə 5649,9 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.
Ümumi daxili məhsulun 66,0 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,0 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 0,6 faiz, sənayedə 0,3 faiz artmış, tikintidə 27,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,0 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,6 faiz azalmışdır.
Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-noyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olmuşdur.
Əlaqə nömrəsi: 538 74 50