Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2016-cı ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri
2016-cı ilin yanvar-noyabr aylarında ölkə əhalisi 40028,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,9 faiz çox gəlir əldə etmişdir.
Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 8,9 faizi isə yığıma yönəldilmişdir.
Əhalinin hər nəfərinə düşən gəlirlərin nominal məbləği əvvəlki ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 4154,7 manat təşkil etmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 36382,0 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3776,3 manat vəsait qalmışdır.
Əlaqə nömrəsi: 538 74 50