Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Nəqliyyat sektorunda yükdaşıma qiymətlərinin dəyişməsi haqqında
2016-cı ildə 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5 faiz bahalaşmışdır.
2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6 faiz, dəniz nəqliyyatında 3,7 faiz, avtomobil nəqliyyatında 1,3 faiz bahalaşmış, ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.
Əlaqə telefonu: 538-52-72