Əsas kapitala yönəldilmiş vəsait haqqında

17.01.2017

     2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 14903,4 milyon manatlıq vəsaitin 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 79,8 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 4,6 faizi isə ümumi sahəsi 1677,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
     Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizini təşkil etmişdir.
2016-cı ildə Bakı şəhərində iri qabaritli transformatorlar, Ağdağ gips və Oksigen zavodları, Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, Əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqları, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyası, Sumqayıt şəhərində Şahmat məktəbi, Ağstafa rayonunda “Modern” mebel fabriki, “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi, Musiqi Mərkəzi, Füzuli rayonunda Avtovağzal kompleksi, Xaçmaz rayonunda Yalama Aqroparkı, İsmayıllı rayonunda “İSMA BİKES” velosiped istehsalı zavodu, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası, kənd təsərrüfatı məhsullarının saxlanması üçün anbar, Qəbələ rayonunda “Qafqaz Tufandag Mountain Resort” oteli, Salyan rayonunda Kür çayı üzərində körpü, Tərtər rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi və Tərtər çayı üzərində körpü, Tovuz rayonunda Tovuzçay su anbarı, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində, Beyləqan, Füzuli, Xaçmaz, Xızı, İmişli, Qazax, Qəbələ, Sabirabad, Salyan, Zaqatala, Zərdab rayonlarında 4972 şagird yerlik 20 ümumtəhsil məktəb binası, Mingəçevir və Şirvan şəhərlərində, Abşeron, Ağcabədi, Ağsu, Beyləqan, Füzuli, Goranboy, İmişli, Qazax, Qusar, Oğuz, Sabirabad, Salyan, Samux, Siyəzən, Ucar, Zaqatala rayonlarında 2267 yerlik 23 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt, Lənkəran şəhərlərində və Kürdəmir rayonunda 300 çarpayılıq 3 xəstəxana binası, Mingəçevir şəhərində, Füzuli, Qazax, Sabirabad və Zaqatala rayonlarında 700 yerlik 5 klub və s. obyektlər istifadəyə verilmişdir.

 Tel: 539-87-17