Yaşayış evlərinin tikintisi haqqında

08.02.2017

 

2016-cı ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1677,1 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. İstifadəyə verilmiş ümumi sahənin 78,6 min kvadrat metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 milyon manat olmuş, onun 47,5 milyon manatı dövlət, 636,0 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşmüşdür.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikmişlər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilmişdir.

Tel: 539-87-17