Meşəbərpa tədbirlərinin aparılması haqqında

09.02.2017

Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2016-cı ildə meşə təsərrüfatları tərəfindən 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılmışdır ki, bu da 2015-ci ilə nisbətən 0,1 faiz artıqdır. Meşə fondu torpaqlarında 34,0 min hektar sahədə meşə əkini və səpinlərinə xidmət göstərilmiş, 32,9 min hektar sahədə birdəfəlik suvarma, 2,6 min hektar sahədə yeni meşəliklərin salınması üçün torpaq hazırlığı işləri aparılmış, 91 hektar sahədə  ağac və kol cinslərinin toxumları səpilmişdir.

2015-ci illə müqayisədə ötən il kol və ağac cinsləri toxumlarının tədarükü 9,6 faiz azalaraq 158,2 ton olmuşdur. Tədarük edilmiş toxumun 155,9 tonu və ya 98,5 faizi enliyarpaqlı, 2,3 tonu və ya 1,5 faizi iynəyarpaqlı ağacların toxumlarıdır. Enliyarpaqlı ağac toxumlarının 84,9 faizi palıd, 4,9 faizi qozmeyvəli ağacların, 10,2 faizi isə digər enliyarpaqlı ağac və kol cinslərinin toxumlarından ibarətdir.  

Əlaqə telefonu 538-73-57