Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2017-ci ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı
2017-ci ilin yanvar ayında ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 5233,1 milyon manat təşkil etmişdir.
Ümumi daxili məhsulun 56,3 faizi iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuşdur.
ÜDM istehsalının 47,7 faizi sənayenin, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,8 faizi tikintinin, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 15,9 faizi isə digər sahələrin payına düşmüşdür.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil etmişdir.