Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında

01.03.2017

2016-cı ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2940,5 min manat  və ya 2015-ci illə müqayisədə 11,8 faiz çox vəsait sərf olunmuşdur. Həmin vəsaitin 92,1 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 7,9 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənmişdir.

Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 406,4 milyon ədəd balıq körpələrinin 392,8 milyon ədədi çəkikimilərin, 7,9 milyon ədədi nərəkimilərin, 5,5 milyon ədədi  bitki ilə qidalanan balıqların və 0,2 milyon ədədi qızıl balıqların payına düşmüşdür.

 

Əlaqə telefonu: 538-73-57