2017-ci ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı

18.04.2017

2017-ci ilin birinci rübündə ölkədə 15229,7 milyon manat və ya əhalinin hər nəfərinə 1570,0 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artmış, neft-qaz bölməsində isə 6,8 faiz azalmışdır.

Nəticə olaraq ÜDM-in 2016-cı ilin birinci rübünə nisbətən artım sürəti 99,1 faiz olmuşdur.

Ümumi daxili məhsulun 7094,3 milyon manatı sənayedə, 1823,1 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1187,8 milyon manatı tikintidə, 1006,9 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 442,1 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 412,3 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 259,3 milyon manatı informasiya və rabitə sahələrində, 1931,3 milyon manatı digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər 1072,6 milyon manat təşkil etmişdir.

 

Əlaqə telefonu: 538-74-50