Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2017-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2017-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13163,1 min ton, yük dövriyyəsi isə 2744,5 milyon ton-km olmuşdur. Yüklərin 7764,8 min tonu və ya 59,0 faizi avtomobil nəqliyyatı, 3653,0 min tonu və ya 27,7 faizi dəmir yolu nəqliyyatı, 1745,3 min tonu və ya 13,3 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 11,2 faiz artım müşahidə edilmişdir.
Dəhliz vasitəsilə daşınmış yüklərin 20,7 faizini və ya 2723,9 min tonunu tranzit yüklər təşkil etmişdir.