Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2017-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8,6 faiz bahalaşmışdır.
Cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,5 faiz bahalaşmışdır.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsulları, pendir və yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, müxtəlif içli şokoladlı konfetlərin, qəhvə, çay və kakaonun, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, pomidorun, xiyarın, kartofun, çuğundurun, yerkökünün, sarımsağın, balqabağın, spirtli içkilərin qiymətlərində bahalaşma, göyərtinin, soğanın qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Mart ayında fevral ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, kompüterlərin, telefon aparatlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma, zərgərlik məmulatlarının, televizor və fotoaparatların qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların, ayaqqabıların, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, mənzillərin icarə haqlarının, respublikadan kənara istirahət turlarının, MDB ölkələrinə dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində bahalaşma, digər ölkələrə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Əlaqə telefonu: 538-52-72