2017-ci ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında

25.08.2017

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 11849,7 milyon kub metr təşkil etmişdir. Ehtiyatların 78,9 faizi hasilatın, 14,5 faizi qalığın, 6,6 faizi isə idxalın hesabına formalaşmışdır. Təbii qazın 43,8 faizi istehlak, 37,4 faizi ixrac olunmuş, 4,5 faizi itkiyə getmiş, 14,3 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalmışdır.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 67,2 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 32,8 faizi isə əhaliyə satılmışdır.
2017-ci ilin yanvar-iyun aylarında 4429,8 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox təbii qaz ixrac edilmişdir.
Əhali tərəfindən 1702,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz az təbii qaz istehlak edilmiş, onun 34,1 faizi Bakı şəhərinin, 4,3 faizi Naxçıvan Muxtar Respublikasının, 16,9 faizi Aran, 13,1 faizi Gəncə-Qazax, 9,0 faizi Abşeron, 6,7 faizi Lənkəran, 5,6 faizi Şəki-Zaqatala, 5,3 faizi Quba-Xaçmaz, 2,8 faizi Dağlıq Şirvan, 2,2 faizi isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşmüşdür.

Əlaqə telefonu: 538-63-03