Geoloji-kəşfiyyat işləri haqqında

28.02.2017

2016-cı ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 30339,4 min manat və ya 2015-ci illə müqayisədə 11,3 faiz çox vəsait sərf olunmuşdur.

Aparılmış geoloji-kəşfiyyat işlərinin 78,3 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş və bu işlərə 23769,3 min manat xərclənmişdir.

2015-ci illə müqayisədə ötən il qara metalların kəşfiyyatına 3,2 dəfə, hidrogeoloji işlərə 21,8 faiz, seysmik kəşfiyyat işlərinə 13,6 faiz, regional geoloji-geofiziki işlərə 6,8 faiz, qazılmış quyuların abadlaşdırılması işlərinə 4,8 faiz çox vəsait sərf edilmişdir.

Əlaqə telefonu: 538-63-03