Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Atmosfer havasına atılan zərərli maddələr haqqında
2016-cı ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 13,8 min ton artaraq ümumilikdə 1169,5 min ton təşkil etmişdir ki, onun da 84,0 faizi və ya 981,9 min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 5,4 faiz, avtomobillərdən atılmış maddələrin həcmi isə 0,4 faiz artmışdır.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin 56,6 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir.
Tullantıların həcmi sənaye mərkəzlərindən olan Şirvan şəhərində 0,1 min ton azalmış, Bakıda 1,8 min ton, Sumqayıtda 0,1 min ton, Mingəçevir şəhərində isə elektrik enerjisinin istehsalında mazutdan daha çox istifadə səbəbindən 5,2 min ton artmışdır.
Atmosferə atılmış bütün zərərli tullantıların 56,3 faizini karbohidrogenlər, 13,0 faizini karbon oksidi, 12,2 faizini kükürd anhidridi, 9,7 faizini azot oksidi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir.
Əlaqə telefonu: 538-63-03