Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Uşaqların övladlığa götürülməsi haqqında
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ildə 402-si oğlan, 371-i isə qız olmaqla 773 uşaq övladlığa götürülmüşdür. Övladlığa götürülmüş uşaqların 45,4 faizini üç yaşa qədər, 20,7 faizini 3-5 yaşlı, 19,7 faizini 6-10 yaşlı, 14,2 faizini isə 11-17 yaşlı uşaqlar təşkil etmişdir.
Bu dövr ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülmüşdür ki, onların da 7-si qızdır.
2016-cı ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən 63 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilmişdir.
Əlaqə telefonu: 538-90-12