Pərakəndə ticarət dövriyyəsi haqqında

15.09.2017

2017-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,0 faiz üstələyərək 21,7 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 11,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,8 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

           Məhsul qruplarının adları                     

   Satışdan gəlir,  milyon manatla     

     2016-cı ilin yanvar-avqust  aylarına

nisbətən,  faizlə

    Pərakəndə ticarət dövriyyəsi

21 723,0

102,0

          o cümlədən:  

  ərzaq məhsulları

9 922,0

101,4

  içkilər və tütün məmulatları

1 061,0

100,1

  toxuculuq məhsulları, geyim və

  ayaqqabılar

 3 911,4

103,0

  elektrik malları və mebellər

 1 363,4

102,2

  kompüterlər, telekommunikasiya

  avadanlıqları və çap məhsulları

 161,8

101,6

  əczaçılıq və tibbi mallar

299,9

101,1

    avtomobil yanacağı

 1 113,4

99,8

    digər qeyri-ərzaq məhsulları

3 890,1

103,8

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,1 faizi fərdi sahibkarlar tərəfindən, 34,9 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar üzrə 1,9 faiz, bazar və yarmarkalar üzrə 0,5 faiz artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Əlaqə telefonu: 538 77 25