Pərakəndə ticarət dövriyyəsi haqqında

12.10.2017

2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələmişdir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir,milyon manatla 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 24 800,8 102,1
o cümlədən:
ərzaq məhsulları 11 364,1 101,5
içkilər və tütün məmulatları 1 192,0 100,3
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 482,4 103,3
elektrik malları və mebellər 1 564,4 102,3
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 187,7 102,0
əczaçılıq və tibbi mallar 341,1 101,5
avtomobil yanacağı 1 282,5 99,5
digər qeyri-ərzaq məhsulları 4 386,6 103,9

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,2 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,2 faizi fərdi sahibkarlar tərəfindən, 34,8 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalar üzrə 1,2 faiz artmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  283,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40,0 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 143,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,9 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 

əlaqə telefonu: 538 77 25