2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

08.11.2017

2017-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38911,8 min ton, yük dövriyyəsi isə 8343,7 milyon ton-km olmuşdur. Yüklərin 24013,0 min tonu və ya 61,7 faizi avtomobil nəqliyyatı, 9589,8 min tonu və ya 24,7 faizi dəmir yolu nəqliyyatı, 5309,0 min tonu və ya 13,6 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,7 faiz artım müşahidə edilmişdir.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,0 faizini və ya 7386,3 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu: 538-93-98