2017-cı ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

15.11.2017

2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1334 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 14,7 faiz azalaraq 1814 nəfər olmuşdur. Onlardan 554-ü həlak olmuş, 1260-ı isə yaralanmışdır. Hadisələrin 44,8 faizi gündüz, 39,8 faizi gecə, 15,4 faizi isə toran vaxtı baş vermiş, 27,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,4 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 0,8 faiz azalaraq 371 nəfər, yaralananların sayı isə 18,7 faiz azalaraq 1182 nəfər olmuşdur.

Göstəricinin adı 2017-ci ilin yanvar-sentyabr aylarında,vahid 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri-cəmi 1334 89,0
Məkanına görə:
magistral avtomobil yollarında 168 85,3
yaşayış məntəqələrində 1166 89,6
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı 598 90,2
toran vaxtı 205 79,2
gecə vaxtı 531 92,0
Yol örtüyünün vəziyyətinə görə:
quru yol örtüyü 1280 89,3
digər(yaş, buz və s.) 54 81,8
Zərərçəkənlərin sayı, nəfər 1814 85,3
həlak olanlar 554 97,0
yaralananlar 1260 81,0

Bütün yol-nəqliyyat hadisələrinin 48,4 faizi (ötən ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 31,6 faizi (17,9 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19,9 faizi (24,6 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 73,1 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş vermiş, nəticədə 14 nəfər ölmüş, 19 nəfər isə yaralanmışdır. Belə hadisələrin 77,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

2017-ci iiln yanvar-sentyabr aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 2512,4 min olmuşdur. Xətaların 52,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çox), 10,2 faizi dayanma və ya durma qaydalarının pozulması (3,0 faiz çox), 9,8 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (0,1 faiz çox), 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,9 faiz çox), 3,9 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (5,4 faiz çox), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 53,3 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.

Əlaqə telefonu: 538-93-98