Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərindən istifadəsi haqqında
2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 46,6 faiz artaraq 191,9 milyon manat təşkil etmişdir.
İstehlakın ümumi dəyərinin 72,4 faizini elektrik enerjisi, 11,0 faizini təbii qaz, 8,9 faizini su, 5,3 faizini rabitə xidmətləri, 2,4 faizini isə istilik enerjisi təşkil etmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 96,1 faizini ödəmiş və 7,5 milyon manat kreditor borc yaranmışdır.
Büdcədən maliyyələşən istehlakçılar maliyyə intizamına riayət etmiş, müəyyən edilmiş limitin ümumilikdə 99,3 faizindən istifadə edərək, 3,8 milyon manatlıq təbii qaza, 3,1 milyon manatlıq suya, 1,7 milyon manatlıq rabitə xidmətlərinə və 0,7 milyon manatlıq istilik enerjisinə qənaət etmişlər.
Əlaqə telefonu: 538-63-03