Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2017-ci ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı
2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artmış, neft bölməsində isə 5,1 faiz azalmışdır.
Əlaqə telefonu: 538-74-50