Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Payızlıq bitkilərin səpini barədə
Ölkədə 2018-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 1-i vəziyyətinə 879040,1 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpilmiş sahənin 98,4 faizini və yaxud 864593,2 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 584132,1 hektarı buğda, 280383,1 hektarı arpa, 78,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Şəki şəhəri (42465,0 ha) və Cəlilabad (52100,0 ha), Şamaxı (29365,5 ha), Füzuli (25964,0 ha), Hacıqabul (22425,0 ha), İsmayıllı (20768,5 ha), Qobustan (19564,0 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20785,0 ha) və Neftçala (31438,0 ha), Kürdəmir (25658,0 ha), Ağsu (13334,5 ha), Biləsuvar (10659,0 ha), Hacıqabul (10333,0 ha), Qobustan (9794,0 ha) rayonlarında səpilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 7,9 faiz, o cümlədən buğdanın səpin sahəsi 11,5 faiz, arpanın səpin sahəsi 1,3 faiz artmış, çovdarın səpin sahəsi 64,6 faiz azalmışdır.
Əlaqə telefonu: 538-93-96