Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Turizmin inkişafı haqqında
2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2696,7 min və ya ötən illə müqayisədə 19,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin əksəriyyəti turizm məqsədilə səfər etmişlər. Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,0 faizi Gürcüstan, 13,5 faizi İran, 11,2 faizi Türkiyə, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi İraq, 2,1 faizi Ukrayna, 15,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 5,9 faizi yanvar, 5,7 faizi fevral, 9,1 faizi mart, 6,9 faizi aprel, 7,8 faizi may, 9,0 faizi iyun, 11,7 faizi iyul, 11,4 faizi avqust, 9,4 faizi sentyabr, 7,6 faizi oktyabr, 7,5 faizi noyabr, 8,0 faizi isə dekabr aylarında ölkəyə gəlmişlər.
Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Əvvəlki illə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 9,7 dəfə, Oman vətəndaşlarının sayı 7,4 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 2,4 dəfə, İran vətəndaşlarının sayı 1,5 dəfə artmışdır. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 65,2 faiz artaraq 614,7 min nəfər təşkil etmişdir.
Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunmuşdur. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3 faiz artaraq 1006,5 min nəfər olmuşdur.
Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi dəmir yolu və avtomobil, 42,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə etmişdir.
2017-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4,0 faiz azalaraq 4108,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İrana, 22,5 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,5 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olmuşdur.
Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə etmişdir.
Əlaqə telefonu: 538-93-98