2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

14.02.2018

2017-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52733,2 min ton, yük dövriyyəsi isə 11427,3 milyon ton-km olmuşdur. Yüklərin 32235,7 min tonu və ya 61,1 faizi avtomobil nəqliyyatı, 13074,2 min tonu və ya 24,8 faizi dəmir yolu nəqliyyatı, 7423,3 min tonu və ya 14,1 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

2016-cı illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 4,8 faiz artım müşahidə edilmişdir.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 10186,6 min tonunu tranzit yüklər təşkil etmişdir.

Əlaqə telefonu: 538-93-98