Kvota üzrə balıq ovu haqqında

16.02.2018

Balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadənin təmin olunmasında balıq ovunun tənzimlənməsi xüsusi əhəmiyyətə malikdir.

Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı  964,9 ton balıq ovlanmışdır. 2016-cı illə müqayisədə 2017-ci ildə 30,5 faiz çox balıq ovlanmışdır. Ovlanmış balığın  559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşmüşdür.

Ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilmişdir.

Əlaqə telefonu: 538-75-71