Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin sayı və orta aylıq əmək haqqı barədə
2017-ci ildə sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 194,5 min nəfər təşkil etmiş, onların 33,8 min nəfəri mədənçıxarma, 102,7 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır.
2017-ci ildə sənayedə işləyənlərin orta aylıq nominal əmək haqqı ötən illə müqayisədə 7,6 faiz artaraq 968,8 manata çatmışdır. Əmək haqqı mədənçıxarma sənayesində 9,9 faiz, emal sənayesində 7,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 6,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 1,7 faiz artmışdır.
Sənayenin bölmələri üzrə orta aylıq nominal əmək haqqı
2017-ci il, manat | 2017-ci il 2016-cı ilə nisbətən, faizlə | |
Sənaye üzrə - cəmi | 968,8 | 107,6 |
Mədənçıxarma sənayesi | 3068,5 | 109,9 |
Emal sənayesi | 553,7 | 107,2 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 547,3 | 106,6 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 324,2 | 101,7 |
Əlaqə telefonu: 539-87-17