2018-ci ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı

15.03.2018

2018-ci ilin yanvar-fevral aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artaraq 11541,5 milyon manat təşkil etmişdir.

ÜDM istehsalının 48,3 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,2 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 15,9 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,6 faizini təşkil etmişdir.

2017-ci ilin ilk iki ayı ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,3 faiz artmış, neft sektorunda isə eyni səviyyədə qalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 1178,7 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 538-74-50