2018-ci ilin yanvar-fevral aylarında sənaye istehsalı haqqında

16.03.2018

2018-ci ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 8,4 faiz, neft sektorunda 0,4 faiz artmışdır.

Sənaye məhsulunun 75,0 faizi mədənçıxarma sektorunda, 20,0 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 0,5 faiz artmış, əmtəəlik qaz hasilatı isə 9,4 faiz azalmışdır.

Emal sektorunda tütün məmulatlarının istehsalı 3,4 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 65,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,0 faiz, poliqrafiya məhsullarının istehsalı 38,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2,0 dəfə, tikinti materiallarının istehsalı 40,0 faiz, hazır metal məmulatlarının istehsalı 67,0 faiz, elektrik avadanlıqlarının istehsalı 43,4 faiz, mebel istehsalı 34,7 faiz artmış, qida məhsullarının istehsalı 6,7 faiz, içkilərin istehsalı 19,0 faiz, geyim istehsalı 48,3 faiz, kağız və karton istehsalı 3,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 44,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 10,0 faiz, kompüter və elektron məhsulların istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 72,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 21,8 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9 faiz azalmışdır.

Əlaqə telefonu: 539-87-17