2018-ci ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında

13.04.2018

2018-ci ilin yanvar-mart aylarında 11,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 9,9 faiz, neft sektorunda 0,9 faiz artmışdır.

Sənaye məhsulunun 73,5 faizi mədənçıxarma sektorunda, 21,3 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 2,2 faiz artmış, əmtəəlik qaz hasilatı isə 5,8 faiz azalmışdır.

Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, hazır metal məmulatlarının istehsalı 2,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,0 dəfə, mebel istehsalı 96,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 85,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 53,2 faiz, tikinti materiallarının istehsalı 38,7 faiz, elektrik avadanlıqlarının istehsalı 37,4 faiz, maşın və avadanlıqların istehsalı 27,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 0,8 faiz artmış, içkilərin istehsalı 3,1 faiz, qida məhsullarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 18,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,7 faiz, əczaçılıq məhsullarının istehsalı 21,9 faiz, geyim istehsalı 25,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 40,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalmışdır.

 Əlaqə telefonu: 539-87-17