Tullantılar haqqında

23.04.2018

2017-ci ildə ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2775,5 min ton və ya əvvəlki illə müqayisədə 8,1 faiz az tullantı əmələ gəlmiş və onların 56,8 faizini bərk məişət tullantıları, 43,2 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.

Ötən il yaranmış 1576,5 min ton və əvvəlki illərdən qalmış 1,5 min ton bərk məişət tullantılarının 33,4 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5 faizi ölkə daxilində satılmış, 66,1 faizi isə zibilxanalara daşınmışdır. Məişət tullantılarından istifadə hesabına  170,3 milyon kVt saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 2017-ci ildə alternativ enerji mənbələri üzrə istehsal olunmuş elektrik enerjisinin 65,8 faizini təşkil edir.

Sənayedə və digər sahələrdə təkrar xammal və istehsal tullantıları ehtiyatlarının 25,7 faizi, o cümlədən 24,1 faizi yeni məhsul alınması, 1,6 faizi isə digər məqsədlər üçün müəssisə daxilində istifadə edilmiş, 11,2 faizi ölkə daxilində satılmış, 0,5 faizi ixrac olunmuş, 10,9 faizi zibilxanalara atılmış, 51,7 faizi isə müəssisələrdə qalmışdır.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 208,3 min ton və ya əvvəlki illə müqayisədə 3,0 dəfə az təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 7,5 faiz olmuşdur. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 57,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir. Tullantıların böyük hissəsi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır və onların 83,9 faizi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. 

Əlaqə telefonu: 538-63-03