Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2018-ci ilin yanvar-aprel aylarında Ümumi Daxili Məhsul istehsalı
2018-ci ilin yanvar-aprel aylarında ölkə rezidentləri tərəfindən 22969,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5 faiz, informasiya və rabitə sahələrində 7,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sənayedə 1,1 faiz, digər xidmət sahələrində 0,8 faiz artmış, tikintidə isə 10,4 faiz azalmışdır.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artmış, neft sektorunda isə 0,1 faiz azalmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olmuşdur.
Əlaqə telefonu: 538-74-50