Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2018-ci ilin yanvar-iyun aylarında Ümumi Daxili Məhsul istehsalı
2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37009,1 milyon manata çatmışdır.
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artmışdır.
Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmiş, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində əlavə dəyər 7,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, informasiya və rabitə sahələrində 4,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4 faiz, sənayedə 1,2 faiz, digər xidmət sahələrində 0,6 faiz artmış, tikintidə isə 10,5 faiz azalmışdır.
Əhalinin hər nəfərinə düşən ÜDM 3777,6 manata bərabər olmuşdur.
Əlaqə telefonu: 538-74-50