Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2018-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25675,5 min ton, yük dövriyyəsi isə 5525,7 milyon ton-km olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə olunmuşdur. Yüklərin 15932,1 min tonu və ya 62,1 faizi avtomobil nəqliyyatı, 6084,9 min tonu və ya 23,7 faizi dəmir yolu nəqliyyatı, 3658,5 min tonu və ya 14,2 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 19,3 faizini və ya 4947,2 min tonunu tranzit yüklər təşkil etmişdir.
Əlaqə telefonu: 538-93-98