2018-ci ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı

18.09.2018

2018-ci ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu 0,7 faiz artaraq 50521,9 milyon manata çatmışdır.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmiş, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində əlavə dəyər istehsalı 8,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,8 faiz, informasiya və rabitə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,6 faiz, digər xidmət sahələrində 0,4 faiz artmış, tikintidə isə 17,3 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 5153,1 manata bərabər olmuşdur.

Əlaqə telefonu: 538-74-50