Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2018-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı
2018-ci ilin doqquz ayında ölkənin ümumi daxili məhsulu 0,8 faiz artaraq 57761,9 milyon manata çatmışdır.
Əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,0 faiz, neft sektorunda isə 0,5 faiz artmışdır.
Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. Nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahələrinin hər birində əlavə dəyər istehsalı 7,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,3 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,6 faiz, digər xidmət sahələrində 0,4 faiz artmış, tikintidə isə 15,9 faiz azalmışdır.
ÜDM-in 45,9 faizi sənayedə, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,3 faizi tikintidə, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 14,4 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,9 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 5889,2 manata bərabər olmuşdur.
Əlaqə telefonu: 538-74-50