Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Payızlıq bitkilərin səpini barədə
Ölkədə 2019-cu ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 1-i vəziyyətinə 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 98,3 faizini və yaxud 876163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdir ki, onun da 577252,5 hektarı buğda, 298702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Şəki şəhəri (43689,2 ha) və Cəlilabad (49100,0 ha), Füzuli (26590,0 ha), Şamaxı (23426,5 ha), İsmayıllı (22079,0 ha), Qobustan (21231,0 ha), Hacıqabul (18767,0 ha) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20348,5 ha) və Neftçala (29485,0 ha), Kürdəmir (26800,0 ha), Ağsu (13602,0 ha), Biləsuvar (12745,0 ha), Şamaxı (11468,0 ha), Hacıqabul (10467,0 ha) rayonlarında səpilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,3 faiz, o cümlədən arpanın səpin sahəsi 6,5 faiz, çovdarın səpin sahəsi 2,7 dəfə artmış, buğdanın səpin sahəsi 1,2 faiz azalmışdır.
Əlaqə telefonu: 538-75-71