Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Meşəbərpa tədbirlərinin aparılması haqqında
Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən tarlaqoruyucu meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilmiş, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılmışdır. Görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilmiş, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilmiş və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilmişdir. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılmışdır.
Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilmişdir ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşmüşdür.
Əlaqə telefonu: 538-75-71