Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2018-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında
2018-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52673,9 min ton, yük dövriyyəsi isə 11488,8 milyon ton-km olmuş, əvvəlki illə müqayisədə yük dövriyyəsində 0,5 faiz artım müşahidə olunmuşdur. Yüklərin 33235,0 min tonu və ya 63,1 faizi avtomobil nəqliyyatı, 12563,5 min tonu və ya 23,9 faizi dəmir yolu nəqliyyatı, 6875,4 min tonu və ya 13,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 17,7 faizini və ya 9344,8 min tonunu tranzit yüklər təşkil etmişdir.
Tel. 538-62-96