Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2018-ci ildə qeydə alınmış yanğınlar haqqında
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatlarına əsasən, 2018-ci ildə ölkədə 2210 yanğın hadisəsi qeydə alınmışdır ki, bu da 2017-ci ilin göstəricisindən 4,0 faiz çoxdur. Yanğınlar nəticəsində 65-i kişi, 18-i qadın olmaqla 83 nəfər (onlardan 13 uşaq) həlak olmuş, 484 tikili, 250 baş mal-qara, 131 nəqliyyat vasitəsi məhv olmuş və 15,8 milyon manat məbləğində maddi ziyan vurulmuşdur.
Hesabat dövründə qeydə alınmış yanğınların 890-ı elektrik avadanlıqların quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 366-sı odla ehtiyatsız hərəkət (onlardan 96-sı tütün çəkmə zamanı), 244-ü odvurma (yandırma) yolu ilə əmlakın məhv edilməsi (korlanması), insanın sağlamlığına xətər yetirilməsi məqsədilə qəsdən edilən hərəkətlər, 85-i sobaların quraşdırma və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, 625-i isə digər səbəblər nəticəsində baş vermişdir.
Ötən il ərzində qeydə alınmış yanğınların 70,7 faizi yaşayış, 5,8 faizi sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 2,2 faizi istehsal obyektlərində, 0,5 faizi anbar və bazalarda, qalanları isə digər obyektlərdə baş vermişdir.
Əlaqə telefonu: 538-90-12