Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında
Su hövzələrində balıq ehtiyatlarının süni yolla artırılması və bərpası, müxtəlif balıq növlərinin yetişdirilməsi, eləcə də onların mühafizəsi əhalinin ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminatına yönəlmiş tədbirlərdəndir.
2018-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2922,7 min manat vəsait sərf olunmuşdur. Həmin vəsaitin 91,0 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9,0 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənmişdir.
Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 45,5 milyon ədəd balıq körpələrinin 37,7 milyon ədədi çəkikimi balıq körpələrinin, 7,7 milyon ədədi nərəkimi balıq körpələrinin və 0,1 milyon ədədi qızılbalıq körpələrinin payına düşmüşdür.
Əlaqə telefonu: 538-75-71