Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Narkotik vasitələrlə bağlı cinayətlər haqqında
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə qeydə alınmış 26381 cinayət hadisəsinin 3239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 57,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 7,2 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,2 faizi isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,2 faizi isə digər cinayətlərdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilmişdir ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Cinayət törətmiş şəxslərin 86,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 37,2 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil etmişdir. Cinayət törədənlərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 6,9 faizi 18-24 yaşlı, 13,0 faizi 25-29 yaşlı gənclər, 79,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
2018-ci ildə müsadirə edilmiş 2526,3 kiloqram bitki mənşəli narkotik maddələrin 1194,6 kiloqramını heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.
Əlaqə telefonu: 538-63-61